Ana Sayfa > Karusel / Gündəm > Müsavat başqanının daha bir müavini istefa verdi

Müsavat başqanının daha bir müavini istefa verdi


18-05-2018, 17:46. Yazar: Xeberaz


Yadigar Sadıqov Müsavat Partiyasının başqanının müavini vəzifəsindən istefa verib.

O, bununla bağlı ərizə yazıb.

Y.Sadıqov açıqlamasında deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılıqlarının olmasıdır: "Bunlar partiyadaxili məsələlərdir”.

O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.
Geri dön