Ana Sayfa > Karusel / Gündəm > Bakıda daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakıda daha bir yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq


18-05-2018, 17:43. Yazar: Xeberaz

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 18-dən 19-na keçən gecə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
 
"Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik", - deyə məlumatda vurğulanıb.



Geri dön