Ana Sayfa > Karusel / İdman > Superliqanın qalibi kim olacaq?

Superliqanın qalibi kim olacaq?


18-05-2018, 10:00. Yazar: Xeberaz

Bu həftə Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, oyunlar iki gün ərzində baş tutacaq.
 
Bu gün keçiriləcək 5 görüş formal xarakter daşıyır.
Əsas diqqətlər şənbə günkü 4 görüşə yönələcək. İlk “dördlük”də qərarlaşan komandalardan kimlərin Çempionlar Liqasına, kimlərin Avropa Liqasına vəsiqə qazanacağına məhz son turda aydınlıq gələcək.
 
Lider “Qalatasaray” çempionluğu bayram etmək üçün “Göztəpə” səfərindən ən azı 1 xalla dönməlidi.
 
“Cim-bom”un büdrəyəcəyinə ümid edən “Başakşəhər” və “Fənərbaxça” rəqiblərini evdə qəbul edəcək. “Başakşəhər” “Kasımpaşa”nı sınağa çəkəcəksə, “Fənərbaxça”nın rəqibi “Konyaspor” olacaq.
 
Çempionluqdən əli üzülən “Beşiktaş”ın Çempionlar Liqasına yollanmaq şansı da çox azdı. Bu möcüzənin baş verməsi üçün “ağ-qaralar” “Sivasspor”u əliboş yola salmalı, üstəlik, “Başakşəhər”lə “Fənərbaxça” büdrəməlidi.
 
 
Türkiyə. Superliqa
XXXIV tur
 
18 may
19:00. “Akhisar” – “Osmanlıspor”
19:00. “Alanyaspor” – “Antalyaspor”
19:00. “Gənclərbirliyi” – “Bursaspor”
19:00. “Trabzonspor” – “Karabükspor”
19:00. “Yeni Malatyaspor” – “Kayserispor”
 
19 may
20:00. “Başakşəhər” – “Kasımpaşa”
20:00. “Beşiktaş” – “Sivasspor”
20:00. “Fənərbaxça” – “Konyaspor”
20:00. “Göztəpə” – “Qalatasaray”
 
 
Turnir cədvəli
 
1.Qalatasaray33233774-3372
2.Fənərbaxça33209475-3469
3.Başakşəhər33216659-3269
4.Beşiktaş33208564-2968
5.Trabzonspor331410960-5152
6.Göztəpə3313101049-4949
7.Sivasspor331471244-4849
8.Kasımpaşa331371355-5546
9.Kayserispor331281342-5244
10.Yeni Malatyaspor3310101335-4340
11.Bursaspor331161643-4739
12.Akhisar331091442-5239
13.Antalyaspor331081538-5638
14.Alanyaspor331071652-5737
15.Konyaspor33991536-3936
16.Osmanlıspor 33891648-5833
17.Gənclərbirliyi33791736-5430
18.Karabükspor33332720-8312
 
Bombardir: Batefimbi Qomis (“Qalatasaray”) – 28 qol


Geri dön