Ana Sayfa > Karusel / Gündəm > Əfv siyahısı Prezidentə təqdim olunacaq

Əfv siyahısı Prezidentə təqdim olunacaq


17-05-2018, 18:10. Yazar: Xeberaz


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Komissiya üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Beləliklə, baxılan müraciətlərin sayı 1100-ə çatıb.
Bununla da komissiyasının iclası başa çatıb, komissiyaya daxil olan müraciətlərin hamısına baxılıb. Sonuncu iclasda indiyədək müsbət rəy verilən müraciətlərin siyahısının Prezident İlham Əliyevə təqdim olunması ilə bağlı qərar qəbul edilib.
Dövlət başçısının əfv sərəncamı imzalayacağı gözlənilir.
Geri dön