Ana Sayfa > Karusel / Gündəm > Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib

Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib


17-05-2018, 15:33. Yazar: Xeberaz


Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib.
 
APA-nın məlumatına görə, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə  Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib.
 
Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib, Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 2016-cı ildən Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi kimi çalışıb. 



Geri dön