Ana Sayfa > Karusel / Gündəm > Bakının bu hissəsində sabah içməli su olmayacaq

Bakının bu hissəsində sabah içməli su olmayacaq


16-05-2018, 20:03. Yazar: Xeberaz


Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sabah gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Geri dön