Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Qatar traktoru vurdu - Sürücünün ayaqları amputasiya olundu

Qatar traktoru vurdu - Sürücünün ayaqları amputasiya olundu


16-05-2018, 11:01. Yazar: Xeberaz


Bərdədə qatar traktoru vurub. 
Hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib. Qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.



Geri dön