Ana Sayfa > Karusel / Hadisə > 12 yaşlı şagird məktəbdə öldü-Biləsuvarda

12 yaşlı şagird məktəbdə öldü-Biləsuvarda


15-05-2018, 21:15. Yazar: Xeberaz

Biləsuvarda məktəblinin ölüm səbəbi məlum olub.
 
APA-nın cənub bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Əlyar Hüseynlinin məktəbdə (qıcolma) dili qatlanıb.
 
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
 
Qeyd edək ki, hadisə rayonun Dövrüşlü kəndində baş verib. Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxarkən halı pisləşib, sonradan isə vəfat edib.
 
Ə. Hüseynlinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.
 
Faktla bağlı araşdırma aparılır.
Geri dön