Ana Sayfa > Karusel / Gündəm > Allahşükür Paşazadə: Bəziləri dindən şou düzəldir

Allahşükür Paşazadə: Bəziləri dindən şou düzəldir


15-05-2018, 14:46. Yazar: Xeberaz


Bəzi insanlar üçün qidanın halal və haram olması elə də önəmli deyil.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
Bildirib ki, kolbasaları halal adı ilə hər yerdə təbliğ edənlər var:
“Əgər kolbasa həqiqətən qaydalara uyğun və halaldırsa, bunun əleyhinə deyiləm. Şəriətə uyğundursa, onu yemək olar. Amma ehtiyatlı olmaq lazımdır. Halalı kim təsdiq edir? Bunu edənlər axirəti düşünmürlər”.
Şeyx televiziyalarda ilahiyyatçı adı ilə çıxış edən şəxslərə də iradını bildirib:
“Başa düşə bilmirəm ki, onlara bu adı kim verib? Bəlkə də onların içərisində yaxşıları da var. Amma çoxu ilahiyyatçı adından istifadə edir. Bizə müraciət edən televiziyalar var, onlarla müqavilələr bağlanılıb. Lakin bu şəriətə uyğun olaraq olmalıdır. Bəzən dindən şou kimi danışırlar, bu, dinə və dindara yaraşmır”.
Geri dön