Ana Sayfa > Karusel / Hadisə / Dünya > Fələstində 3 günlük matəm və tətil ELAN OLUNDU

Fələstində 3 günlük matəm və tətil ELAN OLUNDU


14-05-2018, 22:27. Yazar: Xeberaz

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.
Bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.
Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümumi tətilin başlanmasını elan edib.
Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.



Geri dön