Ana Sayfa > Karusel / Şou-Biznes > Günay və anası "Bandotel"ə çağrılıb?

Günay və anası "Bandotel"ə çağrılıb?


14-05-2018, 22:24. Yazar: Xeberaz


Müğənni Günay İbrahimli və anasının Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə xəbər yayılıb.
Xəbəraz.Az xəbər verir ki, criminal.az saytının yaydığı məlumata görə xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.
Şikayət əsasında G. İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.
G.İbrahimlinin mətbuat katibi məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, bunlar şayiədir, günay isə hazırda Türkiyədədir. 


Geri dön