Ana Sayfa > Karusel / Gündəm > Ramazan ayının nə vaxt başlayacaq?-AÇIQLAMA

Ramazan ayının nə vaxt başlayacaq?-AÇIQLAMA


14-05-2018, 15:04. Yazar: Xeberaz

Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.
Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.
Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.
Geri dön