Ana Sayfa > Karusel / Gündəm > Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılacaq

Lökbatan-Qobu-Hökməli yolunda hərəkət məhdudlaşdırılacaq


14-05-2018, 11:11. Yazar: Xeberaz


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq. 

Avtomobil Yolları Dövlət Agentliyindən bildirlib ki, məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadələ etmələri tövsiyə olunur.
Geri dön