Ana Sayfa > Karusel / Maraqlı > “Nazirdən quzu iyi gələr...”

“Nazirdən quzu iyi gələr...”


12-05-2018, 10:56. Yazar: Xeberaz
“Nazirdən quzu iyi gələr...”
"Mən bu qədər ömür sürdüm, belə nazir görməmişdim. İnsan nə qədər sadə,nə qədər mədəni və geniş diapozonlu olar.”
Bsözləri Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov deyib.
O, kənd təsərrüfatı naziri İnam Kərimovla Yalavanc kəndindəki görüşdən təəssüratını bölüşüb:
"Mənə ürək-dirək verdi ki, heç nədən çəkinmə mal- qara və qoyun-quzunu artırın. Cənab nazirimiz İnam Kərimov fermərlərə hər cür  dəstək olacağını da bildirdi. Quzunu qucağına alaraq nazirdən quzu iyi gələr dedi. Bizə baş üstə deməkdən savayı, başqa söz qalmadı”
Qeyd edək ki, sözügedən foto dünəndən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İ. Kərimovun fəaliyyətinə ucqar kəndlərə səfər etməklə başlamasını izləyicilər yüksək qiymətləndirib.
Geri dön