Ana Sayfa > Karusel / İdman > “Neymarı satmaq axmaqlıq olar” – PSJ-dən açıqlama

“Neymarı satmaq axmaqlıq olar” – PSJ-dən açıqlama


11-05-2018, 12:12. Yazar: Xeberaz


PSJ futbolçusu Neymarın mövsümün sonunda “Real”a transfer olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Paris klubundan verilən açıqlamada braziliyalı ulduzun satılmayacağı qeyd olunub:

“Neymarla yollarımızı ayırmağı düşünmürük. Söz-söhbəti ortaya atanlar keçiddən pul qazanmaq istəyənlərdir. Neymara hər hansı qiymət qoymamışıq. Çünki o satılmayacaq. Neymarı satmaq axmaqlıq olar. Onun hansısa başqa kluba transfer olmaq şansları sıfıra bərabərdir”.

Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.
Geri dön