Ana Sayfa > Karusel / Hadisə > Kürəkəni ilə sevişmək istəyən qayınananın DƏHŞƏTLİ SONU

Kürəkəni ilə sevişmək istəyən qayınananın DƏHŞƏTLİ SONU


11-05-2018, 12:00. Yazar: Xeberaz

Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Prosesdə dustaq etiraz edərək üzünü arxa divara çevirib və ayaq üstə durub.
 
O bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar ediblər: "Mənim işimə heç olmaya burda ədalətli baxın".
 
İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.
 
Məhkəmə baxışı mayın 17-ə təyin edilib.
 
 
Qeyd edək ki, hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.
 
 
Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq  məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.
 
Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəninin olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb. 
 
 
Cavad İbrahimov ilkin ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız hərəkətlər etmək, onula sevişməyi təklif edib. Bunun üçün də o, qayınanasını döydüyünü bildirib, lakin öldürmək niyyəti olmadığını deyib.
 
Ona Cinayət Məcəlləsinin 120.2.4-ci xüsusi amansızlıqda adam öldürmə maddəsi ilə ittiham verilib.
Geri dön