Ana Sayfa > Karusel / Hadisə / M2 > İŞİD-ə qoşulan dünya çempionu öldürüldü

İŞİD-ə qoşulan dünya çempionu öldürüldü


8-07-2015, 20:04. Yazar: Xeberaz
İŞİD-ə qoşulan dünya çempionu öldürüldü
O, naməlum şəraitdə güllələnib.

Suriyada tay boksu üzrə ikiqat dünya çempionu Valdet Qaşi öldürülüb.

Xeberaz.az Oxu.Az-a istinadən xəbər verir ki, o, “İŞİD” terrorçu qruplaşmasının tərkibində döyüşürmüş.

Çempionun ailə üzvlərinin sözlərinə görə, Qaşi iyulun 4-də, naməlum şəraitdə vurulub.

İŞİD-in tərkibində idmançı Suriya-Türkiyə sərhədində patrulla məşğul olub.

İyunun ortalarında Qaşi İŞİD-ə qoşulduğunu etiraf etmişdi. Almaniyadan olan idmançı aprel və may aylarında Tailanda təlim-məşq toplanışı keçməli idi, lakin bunun əvəzinə Suriyaya gələrək terrorçulara qoşulmuşdu.
Geri dön