Ana Sayfa > Karusel / Hadisə > Bakı sakini “Gənclik Mall”dan paltar oğurladı

Bakı sakini “Gənclik Mall”dan paltar oğurladı


10-05-2018, 12:37. Yazar: Xeberaz

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. 
DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. 
Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib. 
Faktla bağlı araşdırma aparılır. 

Geri dön