Ana Sayfa > Karusel / Hadisə > 27 ağacın əvəzi: 12 min cərimə, cinayət işi

27 ağacın əvəzi: 12 min cərimə, cinayət işi


10-05-2018, 10:34. Yazar: Xeberaz

27 ədəd müxtəlif cins ağacları kökündın kəsən şəxs 12.450 manat cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının Sabunçu rayonu Yeni Ramana qəsəbəsində keçirdikləri reyd zamanı yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.
Ağacları kəsən qəsəbə sakini Elbrus İsmayılovun təbiətə 12.450 manat məbləğində ziyan vurduğu məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Geri dön