Ana Sayfa > Karusel / Hadisə > Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün yol qəzalarında 3 nəfər ölüb


10-05-2018, 09:36. Yazar: Xeberaz

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, gün ərzində 92 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətinaçılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 
Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb. 
Geri dön