Ana Sayfa > Karusel / Xəbəraz TV / Məşhurların Taleyi > “Dedi ki, sən pis günlərə qalacaqsan...” – Namiqə cadu etdilər – VİDEO

“Dedi ki, sən pis günlərə qalacaqsan...” – Namiqə cadu etdilər – VİDEO


9-05-2018, 13:27. Yazar: Xeberaz
“Dedi ki, sən pis günlərə qalacaqsan...” – Namiqə cadu etdilər – VİDEO
“Könlüm tam olaraq açılmır. Bu da fiziki əziyyət çəkdiyimə görədir. Rahatlıqla deyib-gülə bilmirəm. Mən hazırda səhnədə özümü tam hiss etmirəm. Elə bilirəm ki, yarımçığam. Ayağım bu cür olduğu üçün istədiyim addımı ata bilmirəm”.
Bu sözləri ARB Ulduz-un “Şou məkan” verilişinin qonağı olan tanınmış ifaçı Namiq Qaraçuxurlu deyib. Namiq Qaraçuxurlu ayağındakı problemlərdən dolayı hələ də müəyyən çətinliklər yaşadığı üçün ifaçı özünü səhnədə yarımçıq hiss etdiyini deyib.
Namiq onun haqda birmənalı olmayan fikirlər söyləyənlər barədə də söz açıb:
“Ağrılarımı, əziyyət çəkdiyimi bacardığım qədər efirdə bildirmək istəmirəm. Çünki sevənlərimi çox üzdüm. Əməliyyatdan çıxıb bir video çəkdim və instaqramda paylaşdım. Vəziyyətimin yaxşı olduğunu həmin video ilə söylədim. Üstündən bir gün keçdi. Bəzi yazıları oxudum və mənə pis təsir etdi. Yazdılar ki, nolub ey, Allah bilir ayağı burxulub. Halbuki ayağımın vəziyyətini mən bilirdim. Söylədilər ki, ayağı burxulub, bunu da şişirdirlər, şou yaradırlar. Belə şeyləri gördüm, pis oldum. Özümü tənzimləyə bilmədim. Əməliyyatdan sonrakı şəkilləri çəkdim və məcburən bəzi insanlara görə sosial şəbəkəyə yerləşdirdim. Düşünürəm ki, yenə yanlış etdim. Qara qüvvələrə görə sevənlərimi üzmək doğru addım deyildi”.
Müğənni düşdüyü vəziyyətə sevinənlərin də az olmadığını bildirib:
"Çox sevinənlər oldu. İnsanın pis vəziyyətinə sevinmək dəhşətli bir şeydir. Bu, insanlığın son həddidir. Mən sevinirəm ki, elə insanlar məni sevmirlər. Bəd-nəzər və cadu var. Heç nədən belə bir hadisə ortaya çıxdı. Hadisə də olmayıb. Ayağımı səkiyə qoydum. Sürüşdüm, oturdum ayağımın üstünə. Nə baş verdiyini anlamadım. Baxdım, elə bildim, yuxudayam. Ayağım tərsinə çevrilmişdi. Bədnəzər, cadu var. Evdən çox cadu tapmışam. Bəlkə də, indi də var. Axtarmıram. Təsadüfən çıxıb. Maşınımdan qıfıllar çıxıb. Cadunu edən insanlar həyatdan nə istədiklərini bilmirlər”.
Müğənninin sözlərinə görə, cadu ona tanıdığı adamlardan tərəfindən edilib. Həmin şəxs Namiqə cadu etdirib, həyatında əngəl törədəcəyini söyləyib:
“Bir neçə insan var ki, onların hansı falçının yanına getdiyini də bilirəm. Hətta Rusiyada magiya ilə məşğul olan insanların yanına da gedirlər. Hansı ki, dişlərini qıcayıblar ki, biz onu məhv etməliyik. Şəxsən tanıyıram. Biri mənim üzümə də deyib ki, sən pis günlərə qalacaqsan. Ola bilər ki, mən sürüşdüm yıxıldım. Ancaq bu hadisə mənə xeyir gətirdi. İşlərim çoxaldı, tələbat çoxaldı. Çox şeyləri dərk etdim. Başa düşdüm ki, insan o qədər də böyük varlıq deyil. Anladım ki, bir ayın içində kasıb bir vəziyyətə düşə bilərəm. Mənim adıma nələr çıxardız. Ancaq yenə də sevənlərimin qəlbinə təsir edə bilmədiz”.



Geri dön