Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Nabrandakı qətllə bağlı rəsmi məlumat - VİDEO

Nabrandakı qətllə bağlı rəsmi məlumat - VİDEO


8-07-2015, 18:31. Yazar: Xeberaz
Nabrandakı qətllə bağlı rəsmi məlumat - VİDEO

Cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu Xaçmazda istirahət mərkəzində baş verən dava ilə bağlı məlumat yayıb.

Xeberaz.az məlumata istinadla xəbər verir ki, iyulun 7-də Nabran qəsəbəsinin Günəşli kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində Biləsuvar rayon sakini Ramil Abbaslı aralarında yaranmış münaqişə zəminində üstündə gəzdirdiyi bıçaqla Xaçmaz şəhər sakini Famil Məmmədovu qətlə yetirib.

Rayon Polis Şöbəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ramil Abbaslı şübhəli şəxs qismində tutulub.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mənbə:Oxu.Az

Geri dön