Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bir ailənin 3 üzvü yanaraq öldü -Masallıda

Bir ailənin 3 üzvü yanaraq öldü -Masallıda


8-05-2018, 11:01. Yazar: Xeberaz

Masallıda evdə baş verən yanğın zamanı xəsarət alan daha bir nəfər ölüb.  
Yanıq xəsarətləri alan şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib. Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb. 
 
Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
 
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.




Geri dön