Ana Sayfa > Karusel / Gündəm > Polis bu şəxsi tanıyanları AXTARIR - FOTO

Polis bu şəxsi tanıyanları AXTARIR - FOTO


7-05-2018, 20:48. Yazar: Xeberaz
Polis bu şəxsi tanıyanları AXTARIR - FOTO
Mayın 7-də Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib. Danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib.
Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib. Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.


Geri dön