Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Mətanət Əsədova keçmiş "Nida"çını məhkəməyə verdi

Mətanət Əsədova keçmiş "Nida"çını məhkəməyə verdi


8-07-2015, 17:06. Yazar: Xeberaz
Mətanət Əsədova keçmiş "Nida"çını məhkəməyə verdi

Müğənni Mətanət Əsədova internetdə onu təhqir edən keçmiş “Nida”çı Elsevər Mürsəllini məhkəməyə verib.Xeberaz.az xəbər verir ki, Bu barədə Lent.az-a müğənninin vəkili Ceyhun Yusifov məlumat verib. Vəkil deyib ki, Elsevər Mürsəlli Mətanət Əsədovanın ünvanına təhqiredici ifadələr işlədib. Ceyhun Yusifov Elsevər Mürsəlli barəsində Nəsimi rayon Məhkəməsinə müraciət edərək onun həbs edilməsini istədiklərini deyib. Vəkil keçmiş “Nida”çı barəsində Cinayət Məcəlləsinin 148( təhqir) maddəsi ilə cinayət işi başlanmasını istəyib.

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.
Geri dön