Ana Sayfa > Karusel / Hadisə / Dünya > İsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı - FOTO

İsrail fələstinliləri gülləbaran edir: 43 ölü, minlərlə yaralı - FOTO


5-05-2018, 13:28. Yazar: Xeberaz


Fələstinin Qəzza bölgəsində fələstinlilərlə İsrail ordusu və polisi arasında toqquşmalar yenidən başlayıb.
Qəzzanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, "Qayıdış Marşı" adlı etiraz aksiyasında 1143 fələstinli yaralanıb. Onların 42 nəfəri güllə yaraları alıblar.
Reuters-in məlumatına görə, israilli hərbçilər fələstinlilərin aksiyasını dağıtmaq üçün dinc insanlara atəş açıblar, gözyaşardıcı qazdan istifadə ediblər.
İsraillə sərhəddəki 5 rayonda aksiyaya 7 mindən artıq fələstinli çıxmışdı.
Ayın əvvəlindən bəri İsraildə 43 fələstinli qətlə yetirilib, minlərlə fələstinli yaralanıb.
Fələstinlilər Qəzza bölgəsinin tam blokadaya alınmasına etiraz edirlər. Onlar mayın 15-də İsraillə sərhədi keçəcəklərini deyiblər.


Geri dön