Ana Sayfa > Karusel / Gündəm > Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


5-05-2018, 13:11. Yazar: Xeberaz

Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27,  Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Geri dön