Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Əhalinin banklardakı əmanətləri azalıb

Əhalinin banklardakı əmanətləri azalıb


4-05-2018, 21:52. Yazar: Xeberaz


Cari ilin aprel ayının 1-nə banklarda əhalinin əmanətlərinin həcmi 7 milyard 580 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, mart ayında əhalinin əmanətləri 157,2 milyon manat azalıb.
28 fevral 2018-ci il tarixində banklarda əhalinin 7 milyard 737 milyon manat əmanətləri var idi.
Xatırladaq ki, ötən ilin sonunda banklardakı əmanətlərin həcmi 7 milyard manat 542,5 milyon manat təşkil edirdi. Yəni yanvar-fevral aylarında əmanətlərin artımı baş vermişdi. Amma martda əmanətlər yenidən azalmağa başlayıb. 
Geri dön