Ana Sayfa > Karusel / Şou-Biznes > "Ora ehtirasımı öldürmək üçün..." - Subay aparıcıdan inanılmaz etiraf
"Ora ehtirasımı öldürmək üçün..." - Subay aparıcıdan inanılmaz etiraf4-05-2018, 10:20. Yazar: Xeberaz |
Son vaxtlar aktyor kimi daha çox tanınan aparıcı Şəhriyar Əbilov erotik rollara çəkilən aktyorlardan danışıb. Xəbəraz.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor buna pis baxmadığını, lazım gələrsə, yataq səhnəsinə çəkiləcəyini də gizlətməyib: "Əgər xalq artisti, tanınmış aktyorumuz Fəxrəddin Manafov "Təhminə" filmində yataq səhnəsinə çəkilibsə, mən nəkarəyəm ki, çəkilməyim. Lazım gələrsə, hər hansı melodramada belə səhnədə oynayaram". "Maraqlıdır öpüş, yaxud digər açıq-saçıq səhnələri oynayarkən, sizin üçün tərəf-müqabilinizin gözəl, ya çirkin olmasının əhəmiyyəti varmı?" sualına Şəhriyarın cavabı belə oldu: "Öpüş səhnələrinə əla baxıram. Qaldı ki, tərəf-müqabilimin kimliyinə, fərqi yoxdur. Rejissor məndən ona qarşı hansı hisləri tələb etsə, yerinə yetirəcəm. Çünki mən ora ehtirasımı öldürmək üçün getmirəm. Buna peşəmdən irəli gələn tələb kimi baxıram". Geri dön |