Ana Sayfa > Karusel / Texnologiya > “Instaqram”da çoxdan gözlənilən 3 FUNKSİYA

“Instaqram”da çoxdan gözlənilən 3 FUNKSİYA


3-05-2018, 23:29. Yazar: Xeberaz
“Instaqram”da çoxdan gözlənilən 3 funksiya aktivləşdirildi
İnstaqram (“Instagram”) sosial şəbəkəsindən aktivləşdirilən yeni funksiya "Story" (hekayə) bölməsinə əlavə edilib.
Mark Zukerberqin komandası izləyicilərin saatlarla instaqram şəbəkəsində vaxt keçirtməsi üçün çoxsaylı yeni layihələrə imza atacaqlarını deyiblər. Yeni funksiyanın köməyi ilə paylaşdığınız bütün “Story”lər qarşınıza təqvimlərə düzülmüş formada çıxacaq. Bunun köməyilə "Story"lərin dəqiq tarixçəsini görmək mümkün olacaq.
Digər cəhəti isə ondan ibarətdir ki, artıq "Story"lərə sürətli şəkildə emojilər vasitəsilə də reaksiya vermək mümkün olacaq.
İnstaqramda “FaceTime” formatında danışıqların edilməsi üçün daha bir funksiyanın gerçəkləşdirilməsi gözlənilir.
Bu funksiyanın sınaq üçün bir neçə dəfə "Android" sistemi ilə təchiz edilmiş smartfonlarda yoxlanıldığı bildirilib.
Artıq “Facebook”dakı dostlarınızı “Instagram”da paylaşımlarınıza işarələyə biləcəksiz.“Tag” etmək funksiyası isə planlaşdırılan son yeniliklərdən biridir. Bu funksiya bir az qeyri-adi görünsə də, hələlik necə inteqrasiya olunacağı barədə məlumat verilməyib.



Geri dön