Ana Sayfa > Karusel / Araşdırma > Hər il dünyada 15 milyon azyaşlı qız ərə verilir

Hər il dünyada 15 milyon azyaşlı qız ərə verilir


3-05-2018, 23:27. Yazar: Xeberaz

Hər il dünyada 15 milyon azyaşlı qız ərə verilir

Dünyada qız uşaqlarının erkən yaşda nikaha girməsi həll edilməyən problemlərdən sayılır.

Son məlumatlara əsasən hər il dünyada 15 milyon azyaşlı qız uşağı ərə verilir.

Türkiyənin Qaziantep şəhərində keçirilən tədbirdə BMT-nin Əhali Fondunun humanitar yardım bölgə proqramının rəhbəri Fatma Hacıoğlu Sarıdağ bu barədə məlumat verib.
Fatma Hacıoğlu deyib: "Dünyada hər il 15 milyon qız uşağı 18 yaşından əvvəl ərə verilir. Dünyanı uşaqlar üçün yaşanacaq hala çevirmək hər birimizin borcudur. Uşaqlarımızın haqlarının olduğunu və onların bu haqlardan istifadə etmələrini dəstəkləməliyik".
Geri dön