Ana Sayfa > Karusel / Gündəm / Hadisə > 1 saylı Körpələr Evi ilə bağlı yayılan RƏSMİ MÜNASİBƏT

1 saylı Körpələr Evi ilə bağlı yayılan RƏSMİ MÜNASİBƏT


3-05-2018, 12:39. Yazar: Xeberaz



Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib.


, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.


"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb", - deyə S. Əhmədova qeyd edib.apa


Geri dön