Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Türkiyə və Cənubi Koreya strateji tərəfdaşlığı genişləndirəcəklər

Türkiyə və Cənubi Koreya strateji tərəfdaşlığı genişləndirəcəklər


3-05-2018, 09:34. Yazar: Xeberaz
Türkiyə və Cənubi Koreya strateji tərəfdaşlığı genişləndirəcəklər
Koreya Respublikasının Prezidenti Mun Ce-in və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında ticarət, təhsil, texnologiya, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Koreya Respublikasına rəsmi səfəri zamanı dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin davam etdiriləcəyini bildiriblər.
Türkiyə dövlətinin başçısı ölkəsinin Koreya yarımadasının nüvə silahsızlaşdırılması və daimi sülhün yaradılmasını dəstəklədiyini bəyan edib.
Dövlət başçılarının görüşündən sonra iki ölkə arasında müxtəlif sahələrə dair sənədlərin imzalanması mərasimi olub.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Koreya Milli Assambleyasının sədri ilə də görüşüb.

Geri dön