Ana Sayfa > Karusel / Hadisə / M2 > Təhlükəli cinayətkar Azərbaycana qaçdı

Təhlükəli cinayətkar Azərbaycana qaçdı


8-07-2015, 14:33. Yazar: Xeberaz
Təhlükəli cinayətkar Azərbaycana qaçdı
O, 12 yaşlı qızı zorlayıb.

Rusiyada Krasnoyarsk vilayətinin 35 yaşlı sakininə qarşı cinayət işi qaldırılıb.

Xeberaz.az Oxu.Az-a istinadla xəbər verir ki, müstəntiqlərin məlumatına əsasən, kişi bir yerdə yaşadığı qadının 12 yaşlı qızını zorlayıb.

Qızın baş verənlər barədə anasına danışmasından xəbər tutan şübhəli şəxs Krasnoyarsk vilayətindən qaçıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, şübhəli şəxs Azərbaycan ərazisindədir.

Hazırda ekstradisiya məsələsi həll olunur.
Geri dön