Ana Sayfa > Karusel / Hadisə > Samuxda ər arvadını döyərək öldürüb

Samuxda ər arvadını döyərək öldürüb


30-04-2018, 23:16. Yazar: Xeberaz

Samuxda qətl hadisəsi törədilib.
Hadisə rayonun Kolayır kəndində baş verib.
1981-ci il təvəllüdlü, əvvəllər məhkumluğu olan  kənd sakini Ağamir Səmədov  ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb.
Bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin üç övladı var.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Geri dön