Ana Sayfa > Karusel / Gündəm > Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur


30-04-2018, 16:20. Yazar: Xeberaz
Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur
Azərbaycanda Əmək Məcəlləsinə bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.
Məcəllənin hazırkı variantına görə, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir. (trend)



Geri dön