Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda 72 yaşlı kişi mağazadan şokolad oğurladı

Bakıda 72 yaşlı kişi mağazadan şokolad oğurladı


29-04-2018, 21:42. Yazar: Xeberaz


Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub.
Xətai rayonu Neapol küçəsində yerləşən "Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub. Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib.
Araşdırma aparılır. (lent.az)
Geri dön