Ana Sayfa > Karusel / Hadisə / M2 > Moskvada azərbaycanlı öldürüldü

Moskvada azərbaycanlı öldürüldü


8-07-2015, 13:21. Yazar: Xeberaz
Moskvada azərbaycanlı öldürüldü
Rusiya paytaxtının cənub-qərbində azərbaycanlı taksi sürücüsü qətlə yetirilib.
Xeberaz.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sürücünün meyiti iyulun 7-də təxminən saat 20:15 radələrində Moskva Dövlət Universiteti yaxınlığında idarə etdiyi taksinin yanında tapılıb.

Onun Azərbaycandan Rusiyaya işləmək üçün getmiş 36 yaşlı Şahlar Quliyev olduğu müəyyənləşdirilib.

İlkin versiyaya əsasən, naməlum şəxs ona bıçaqla ölümcül zərbələr vurub.

Hadisəni törədən şəxs axtarılır.
Geri dön