Ana Sayfa > Karusel / Hadisə > Sərxoş vəziyyətdə gölə girdi, boğuldu

Sərxoş vəziyyətdə gölə girdi, boğuldu


29-04-2018, 14:29. Yazar: Xeberaz
Sərxoş vəziyyətdə gölə girdi, boğuldu
Şamaxı rayon sakini göldə çimərkən batıb.
Rayon sakini, 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şamaxı ərazisində olan Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra çimmək istəyib.
Sərxoş olan Mübariz Nuriyev Şirvangöldə çimərkən ehtiyatsızlıq səbəbindən suda boğulub. Hadisə yerinə gələn polis əməkdaşlarının və yaxınlıqdakı insanların köməyi ilə M.Nuriyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Şirvangöl su anbarı kimi polis əməkdaşları tərəfindən mühafizə edilir.



Geri dön