Ana Sayfa > Karusel / Gündəm > Qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

Qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir


28-04-2018, 12:03. Yazar: Xeberaz


Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin ixtiyarına verilir, qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur .
 
Bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.
 
Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.
 
Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.
Geri dön