Ana Sayfa > Karusel / Səhiyyə > Hansı məhsullar piyləri əridir? Arıqlamaq istəyənlər oxusun!

Hansı məhsullar piyləri əridir? Arıqlamaq istəyənlər oxusun!


27-04-2018, 15:52. Yazar: Xeberaz


Hormonal və maddələr mübadiləsi pozulmaları olmayan insan asanlıqla artıq çəkidən qurtula bilər.
Bunun üzün sadəcə qəbul etdiyi kalorilə azaltmaq, sərf etdiyi kaloriləri isə artırmaq lazımdır. Sadə dildə desək, daha az yeyin və daha çox hərəkət edin.
Bəzi məhsul və içkilər var ki, onlar arıqlamaq arzusunda olan insanlara çox böyük kömək edə bilər. Bu məhsul və içkilər orqanizmdə piylərin parçalanmasını sürətləndirə bilir. Bu isə o deməkdir ki, siz daha tez arıqlaya bilərsiniz.
Piylərin əriməsini sürətləndirən məhsul və içkiləri təqdim edirik:
1. Su. Bəli, adi su. Arıqlamaq istəyirsinizsə, daha çox su için. Su mübadilə proseslərini və piylərin parçalanmasını sürətləndirir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
2. Yaşıl çay. Bu da ən effektli arıqladan vasitələrdən biridir. Gün ərzində 3-4 fincan yaşıl çay içə bilərsiniz.
3. Zəncəfil. Qədim Ayurvedada zəncəfil "isti" məhsullara aid edilir. Zəncəfil mübadilə proseslərini, qan dövranını sürətləndirərək piylərdən azad olmağa kömək edir. Yeməkdən sonra 1 tikə zəncəfil yeyin. Bu həzm proseslərini sürətləndirəcək. Arıqlamaq istəyənlər zəncəfil çayından da faydalana bilər.  
4. Darçın. Bu ədviyyat da piyləri əritməyə kömək edir. Bir çox diyetoloqlar öz pasiyentlərinə axşamlar darçın əlavə edilmiş 1 stəkan kefir içməyi tövsiyə edirlər. Bu qarışıq çəkini daha tez azaltmağa kömək edir.
5. Ananas. Tərkibində "bromelayn" adlı maddə var. Bu maddə həqiqətən piylərin parçalanmasını sürətləndirir.
6. Yağsız süd məhsulları (kefir, kəsmik və s.). Bu məhsullar bağırsaqların fəaliyyətini və maddələr mübadiləsi proseslərini sürətləndirir. Bu isə arıqlamağa kömək edir.
7. Qıtığotu kökü. Orqanizmə istilik bəxş edən, qan dövranını yaxşılaşdıran bu bitki piylərin daha tez parçalanmasına kömək edir.
(saglamolun.az)
Geri dön