Ana Sayfa > Karusel / Şou-Biznes > “Azərbaycan müğənnilərinə qulaq asmıram”-Səmra

“Azərbaycan müğənnilərinə qulaq asmıram”-Səmra


27-04-2018, 15:29. Yazar: Xeberaz


“Azərbaycanda qulaq asdığım müğənni yoxdur”.Xəbəraz.Az-ın məlumatına görə, bu sözləri “Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli deyib. O bildirib ki, Azərbaycanda heç bir müğənninin yaradıcılığı ilə maraqlanmır: “Radionu açanda istər-istəməz səslərini eşidirsən. Amma mən daha çox xarici mahnılar səslənən radiolara qulaq asıram. Yerli ulduzlarımızın bəzilərini “İnstagram”da izləyirəm, amma mahnılarına qulaq asmıram. Mən Beyonsun fanatıyam. Yəni mən xaricilərə qulaq asıram, onlardan ilham alıram”.


S.Rəhimli aparıcının “Aygün, Röya, Tünzalənin təqdim etdiyi yenilikləri izləmirsiz? sualına isə bu cür cavab verib: “Onları görürəm, onlarla tanışlığım da var. Bütün günü oturub bu mahnıya qulaq asım, bu olmayıb. Belə bir şey olmur. Çünki hərənin öz kütləsi var. Bizim istedadlı gənc müğənnilərim var. Yalan nə danışım, Azərbaycanda kiməsə qulaq asmıram. Mən bizimkilərdən fərqli olaraq, xarici müğənnilərin yeni çıxardığı mahnılardan daha tez xəbərdar oluram. Televizora da baxmıram. Ancaq özümü göstərəndə baxıram. Bir sözlə yerli şou-biznesi izləmirəm. Tanışlığım, hörmətim var, amma kiminsə fanatı deyiləm. Konkret cavab verdim. Çünki mən xarici musiqilərin sədaları altında böyümüşəm. Anam bizə lay-lay demirdi, əvəzində bizə xarici musiqi dinlədirdi”.




Geri dön