Ana Sayfa > Karusel / İdman > “Arsenal” 80 dəqiqə azlıqda oynayan rəqiblə bacarmadı

“Arsenal” 80 dəqiqə azlıqda oynayan rəqiblə bacarmadı


27-04-2018, 10:57. Yazar: Xeberaz


Londonun “Arsenal” klubu Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində Madridin “Atletiko” komandası ilə bərabərliyə qalıb.
Cümə axşamı, aprelin 26-da, Londonda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Hesabı 61-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandr Lakazett açıb. “Atletiko”nun cavab qolunu 82-ci dəqiqədə Antuan Qrizmann vurub.
Matçın 10-cu dəqiqəsində “Atletiko”nun müdafiəçisi Şime Vrsalko qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bundan əlavə, Madrid təmsilçisinin baş məşqçisi Diyeqo Simeone də tribunalara göndərilib. O, hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Paralel keçirilən oyunda “Marsel” doğma meydanda “Zaltsburq” komandasını 2:0 hesabı ilə məğlub edib. Fransalıların heyətində Florian Toven və Klinton N'Ciye fərqlənib.
Cavab oyunları mayın 3-də keçiriləcək. Turnirin finalı isə mayın 16-da Lyonun “Stad de Lümer” stadionunda baş tutacaq.
Geri dön