Ana Sayfa > Karusel / Hadisə > Bakı məktəbində 10-cu sinif şagirdləri 1-ci sinif şagirdini zorladı

Bakı məktəbində 10-cu sinif şagirdləri 1-ci sinif şagirdini zorladı


25-04-2018, 13:54. Yazar: Xeberaz

Bakı məktəbində 10-cu sinif şagirdləri 1-ci sinif şagirdini zorladı:Ayaqyolunda şalvarını çıxarıb...

Daha bir məktəb zorlama ilə gündəmə gəlib. Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Redaksiyamıza həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, azyaşlını 10-cu sinif şagirdinin cinsi təcavüzünə məruz qalıb. 

Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdi ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır. 

Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək susdurduğunu da deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək məktəbdə saxladıqları da söylənilir. Həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiya keçirəcəkləri söyləyiblər. (big.az)




Geri dön