Ana Sayfa > Karusel / Hadisə > Məcburi köçkünlərin evi yandı -7 nəfər xəsarət aldı

Məcburi köçkünlərin evi yandı -7 nəfər xəsarət aldı


25-04-2018, 10:10. Yazar: Xeberaz
Məcburi köçkünlərin evi yandı
Gəncədə məcbur köçkünlərin məskunlaşdığı binada yanğın olub.
Hadisə şəhərin Totanlı küçəsində, vaxtı ilə Alüminium zavodunun sanatoriyası olan, hazırda isə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Binada yaşayan məcburi köçkün 1975-ci il təvəllüdlü Aliməmmədov Malik Hidayət oğlunun mənzilində ev əşyaları yanaraq sıradan çıxıb. M. Alıməmmədov və onun 6 azyaşlı övladı yanğın zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Geri dön