Ana Sayfa > Karusel / Hadisə > Şəmkirdə toy yasa döndü:2 ölü,3 yaralı

Şəmkirdə toy yasa döndü:2 ölü,3 yaralı


24-04-2018, 19:45. Yazar: Xeberaz

Şəmkirdə ağır yol qəzası baş verib.
Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Geri dön