Ana Sayfa > Karusel / Hadisə > Bakı-Sumqayıt yolunda dəhşətli cinayət: maşınında öldürdülər

Bakı-Sumqayıt yolunda dəhşətli cinayət: maşınında öldürdülər


24-04-2018, 10:39. Yazar: Xeberaz

Sumqayıt şəhəri ərazisində qətl törədilib. Gecə saatlarında Bakı-Sumqayıt yolunun kənarındakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Nissan Sunny” markalı avtomobildə sürücü, Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu yaralı halda aşkarlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan 31 yaşlı şəxs təcili xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
 
Qətlin kim tərəfindən törədilməsi, hadisənin konkret harada baş verməsi və motivi hələlik məlum deyil.
 
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.
 
Qətlə yetirilən şəxsin dövlət komitələrindən birində işlədiyi bildirilir.
Geri dön