Ana Sayfa > Karusel / Gündəm > Havanın temperaturu qalxacaq
Havanın temperaturu qalxacaq23-04-2018, 16:03. Yazar: Xeberaz |
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında aprelin 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq. Geri dön |