Ana Sayfa > Karusel / Hadisə > Lənkəran sakininin evindən saxta əskinaslar və narkotik götürülüb

Lənkəran sakininin evindən saxta əskinaslar və narkotik götürülüb


21-04-2018, 16:14. Yazar: Xeberaz

Lənkəran şəhər sakininin evinə baxış zamanı saxta əskinaslar, habelə heroin və metamfetamin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran ŞRPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhər sakini Əli Həsənovun evinə baxış zamanı 24 ədəd 100 manatlıq və 45 ədəd 50 manatlıq saxta əskinas, habelə 0,216 qram heroin və 0,205 qram metamfetamin aşkar edilərək götürülüb.


Geri dön