Ana Sayfa > Karusel / İdman > 22 illik tarix başa çatır-Venger gedir

22 illik tarix başa çatır-Venger gedir


20-04-2018, 19:20. Yazar: Xeberaz


Fransız məşqçi London klubunun rəsmi saytına açıqlamasında bu barədə danışıb:
“Klubla müzakirələrdən sonra, hesab edirəm ki, mövsümün sonunda istefa verməyim düzgün addım olar. Burda unudulmaz anlar keçirdim. Komandanı tam məsuliyyətim və düzgünlüyümlə idarə etdim. Məşqçilər heyətinə, oyunçulara, klub direktorlarına və azarkeşlərə təşəkkür etmək istəyirəm.
Azarkeşlərimizi komandanın arxasında durmağa çağırıram. Sevgim və dəstəyim həmişə bu klub üzərində olacaq”.
Qeyd edək ki, Arsen Venqer “topçular”ı 22 ildir ki çalışdırır. O, 1996-cı ildə bu komandanın sükanı arxasına keçib.
Geri dön